Qəbələdə 22 yaşlı oğlan itkin düşdü 

14:27 16.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev yanvarın 15-i səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional Qrupundan hafta.az bildirib ki, F.Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

Məlumat üçün bilirək ki, F.Mirzəliyev evdən çıxarkən əynində qara rəngli idman dəsti olub.